“Atletiko”nun hücumçusu “Milan”a keçdi
29.12.2014 - 18:30
Madrid “Atletiko”sunun hücumçusu Alessio Çerçi karyerasını yenidən vətəni İtaliyada davam etdirəcək. Apasport.az xəbər verir ki, 27 yaşlı forvard yanvardan etibarən “Milan”ın formasını geyinəcək.
İtaliya yığmasının üzvü yeni klubuna keçəcəyi günü gözlədiyini bildirib: “Milana yollanıb, tibbi müayinədən keçməyi və yeni klubumla müqavilə imzalamağı səbirsizliklə gözləyirəm. Heç bir əngəl qalmadı”.
Qeyd edək ki, Alessio Çerçi “Atletiko”ya bu yay “Torino”dan keçmişdi.
0
0