“Atletiko”nun taktikası bəlli oldu: Arda Turan
30.04.2014 - 04:18
“Atletiko”nun taktikası bəlli oldu: Arda Turan

 

“Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone son bir ayda cəmi 2 dəfə meydana çıxan Arda Turanla bağlı xüsusi plan qurub. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, argentinalı baş məşqçi oyunu türk futbolçu üzərindən qurmaq niyyətindədir.

 

Finala vəsiqə üçün “Stamford Bric”də ölüm-dirim savaşına çıxacaq “Atletiko”nın taktikası qismən açıqlanıb. Bu taktikaya görə, “Çelsi”nin yenilməsində əsas rolu Arda oynamalıdır. Dieqo Simeonenin planına uyğun olaraq, ilk qarşılaşmada “Çelsi” “qıfılını” aça bilməyən madridlilər bu dəfə Arda “açarından” istifadə etməlidirlər. Simeone Türkiyə millisinin oyunçusunu ilk dəqiqələrdən meydana buraxaraq, onun yaradıcı oyunundan yararlanmağa çalışacaq.