“Benfika”nın sloveniyalı qapıçısı Yan Oblak “Atletiko Madrid”ə keçib. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçu özü məlumat verib.
“Mən “Benfika”nı tərk edərək, “Atletiko Madrid”ə keçirəm. Hələ uşaqlıqdan Portuqaliya çempionatından daha güclü hesab etdim İspaniya çempionatında oynamaq istəmişəm. Mən “Benfika”da keçirdiyim günləri heç bir zaman unutmayacağam. Mənim üçün çox şey edən kluba minnətdaram. “Benfika” fantastik komandadır” – deyə, Oblak bildirib.
Xatırladaq ki, “Atletiko”nun əsas qapıçısı Tibo Kurtua iki il icarə əsasında Madrid klubunda oynayandan sonra “Çelsi”yə qayıdır.