Bu mövsüm “Atletiko Madrid”də çox gözəl oyun göstərən Miranda da komandadan gedə bilər. Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi İngiltərə Premyer Liqasından təkliflər gəldiyini bildirib.
Menecerinin bu təklifləri nəzərdən keçirdiyini vurğulayan Miranda “Atletiko” tərəfindən sərbəst qalma qiymətinin 30 milyon avro olaraq dəyərləndirildiyinə də toxunub: “Bəli, sərbəst qalmamın qiyməti 30 milyon avrodur. Amma bu məbləğlə bağlı danışaraq razılığa gəlmək olar. Aşağı sala bilərlər”.
İngiltərə mətbuatının yazdığına görə, Miranda ilə “Mançester Yunayted” maraqlanır. Dieqo Qodin ilə müdafiə xəttində çox gözəl oyun göstərən və çempionluqda şəksiz payı olan Miranda ötən mövsüm 52 oyunda 4 qol vurub. İspaniya çempionluğuna baxmayaraq, Braziliya millisinin heyətinə çağırılmayıb.