“Avroliqaya getmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”
07.05.2014 - 11:50
“Avroliqaya getmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”

“Qazandığımız 1 xal həqiqətən çox önəmlidi”. Apasport.az saytının məlumatına görə, bunu millimizin və Türkiyənin “Sivasspor” klubunun hücumçusu Cihan Özkara deyib.

 

Türkiyə Superliqasının “Çaykur Rizəspor”la 1:1 başa çatan oyunu haqda danışan Özkara növbəti turda Avroliqaya getmək üçün 3 xal qazanmağa çalışacaqlarını bildirib: “Ötən tur 3 xal ala bilsəydik, daha yaxşı olacaqdı. Ancaq 1 xal ala bildik. Avropa hədəfimiz hələ davam edir. “Akhisar Bələdiyyəspor”la oyunda Avroliqaya getmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

 

Qeyd edək ki, “Sivasspor” mayın 11-də “Akhisar Bələdiyyəspor”la qarşılaşacaq. Cihan Özkaranın komandası hazırda 50 xalla “Trabzonspor”la IV-V yerləri bölüşür.