“Ayaks” qapıçısı ilə müqaviləni yenilədi
31.03.2015 - 21:26
“Ayaks” qapıçısı Piter Leuenbyurqla müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, Hollandiya klubu 21 yaşlı qolkiperlə 2018-ci ilə qədər “nigah”ı təzələyib.
Leuenbyurqun qüvvədə olan müqaviləsi isə cari mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Piter Leuenbyurq 2004-cü ildən “Ayaks”a komandanın gənc akademiyasından qoşulub. O, əsas komandada debütünü 2013-cü ilin sentyabrında keçirib.
0
0