“Ayntraxt” Emil Balayevin əsas rəqibi ilə yollarını ayırdı
30.01.2015 - 09:43
“Ayntraxt” Emil Balayevin əsas rəqibi ilə yollarını ayırdı

Həmyerlimiz Emil Balayevin komandasında növbəti ayrılıq baş verib. Apasport.az saytı xəbər verir ki, Frankfurt təmsilçisi əsas qapıçısı Timo Hildebrandla yollarını ayırıb.

 

ABŞ-dan təklif almasına baxmayaraq, mövsümün sonuna qədər komandada qalacağı bildirilən 35 yaşlı qolkiperə baş məşqçi Tomas Şaaf ehtiyac duymadığını açıqlayıb. Məhz bu səbəbdən Hildebrandın müqaviləsinə xitam verilib. Baş məşqçi bundan sonra bir nömrəli qapıçı kimi Kevin Trappa etibar edəcək. Feliks Vidvald ikinci, həmyerlimiz Emil Balayev isə üçüncü qapıçı kimi öz şansını gözləyəcək.

 

Qeyd edək ki, Emil Balayev “Ayntraxt”a ötən ay “Neftçi”dən transfer olunmuşdu.