“Azərbaycan çempionuna qarşı çətin olacağını bilirik”
28.06.2014 - 15:34
“Azərbaycan çempionuna qarşı çətin olacağını bilirik”

“Qarabağ”la oyunlar çox çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Maltanın “Valletta” klubunun futbolçusu Rayan Fenek deyib.

28 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsinin qarşılaşması haqda fikirlərini açıqlayıb: “Azərbaycan çempionuna qarşı oyunun nə qədər çətin olacağını çox yaxşı bilirik. Bizim məqsədimiz var ötən mövsüm əldə etdiyimiz inkişaf tempini qorumaqdır”.

Qeyd edək ki, “Qarabağ”la “Valletta” arasında ilk oyun iyulun 15-də, cavab matçı 22-23-də keçiriləcək.