“Azərbaycan klubu doğma meydanda bundan da yaxşı oyun göstərməyə çalışacaq”
18.07.2014 - 10:14
“Biz rəqibimizdən zəif oynadıq”. Apasport.az xəbər verir ki, bunu dünən Avroliqanın II təsnifat mərhələsində “İnter”ə 0:1 hesabı ilə uduzan “Elfsborq”un müdafiəçisi Yohan Larsson deyib.
İsveçlilərin futbolçusu Bakıda daha gərgin olacağını bildirib: “Bakıda bizi daha gərgin oyun gözləyir. Çox çətin olacaq. Azərbaycan klubu doğma meydanda bundan da yaxşı oyun göstərməyə çalışacaq. İnanıram ki, biz özümüzə gəlib səfərdə sərf edən nəticəni qazana biləcəyik”.
0
0