“Azərbaycan millisi baxımlı, müasir futbol oynayır”
21.06.2014 - 11:16
“Azərbaycan millisi baxımlı, müasir futbol oynayır”

“Prezident kuboku” turnirinin nüfuzu ildən-ilə artır. Bu da öz əksini iştirakçıların tərkibində tapır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın U-17 yığmasının baş məşqçisi Konstantin Frolov deyib.

O bildirib ki, Azərbaycan millisinin də qatılacağı “Prezident kuboku”nun iştirakçılarının səviyyəsi yüksəkdir. Frolov yığmamız haqda da danışıb: “Azərbaycan millisi “Caspian Cup” turnirinin bürünc mükafatçısıdır. Bizim rəqiblər müasir, baxımlı futbol nümayiş etdirir. Turnirə qatılan komandalar beynəlxalq miqyasda da nüfuza malikdir”.

Qeyd edək ki, Qazaxıstanın Astana şəhərində keçiriləcək turnir iyunun 24-də start götürəcək.
 

0