“Azərbaycan üzərində qələbə özünəinamımızı artıracaq”
27.03.2014 - 17:21
“Azərbaycan üzərində qələbə özünəinamımızı artıracaq”

“Azərbaycan millisi üzərində qələbə qazandığımız üçün xoşbəxtik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək qızlardan ibarət İran milisinin baş məşqçisi Mahnaz Əmirşahaqi deyib.

İranlı çalışdırıcı Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” turnirinin Azərbaycanla oyununu şərh edib: “Bu oyundakı uğur turnirdəki ilk qələbəmiz idi. Futbolçularıma “afərin” deyirəm. Ümid edirəm ki, bu qələbə oyunçulara özünəinamı artıracaq”.

Qeyd edək ki, 9-12-ci yerlər uğrunda mübarizə aparan qrupun oyunlarının II turunda baş tutan matçda İran yığması millimizi 1:0 hesabı ilə məğlub edib.