“Xorvatiya millisi üçün hər oyun önəmlidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu Mateo Kovaçiç deyib.
İspaniya “Real”ının futbolçusu AVRO-2016-nın seçmə mərhələsinin sentyabrda baş tutacaq seçmə oyunları haqda fikirlərini açıqlayıb. Kovaçiç Azərbaycanla ayın 3-də, Norveçlə 6-da keçiriləcək qarşılaşmalar haqda iddialı danışıb: “Səfər oyunlarında qazanılan xalların qiyməti isə daha böyükdü. Azərbaycan və Norveçlə qarşılaşmalarda hədəfimiz 6 xaldı. Həmişə olduğu kimi bu dəfə də çətin olacaq. Lakin hər iki görüşdə qalib gəlmək niyyyətindəyik”.
Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu “Bakcell Arena”da keçiriləcək.