“Azərbaycan yığması bizimlə oyuna xüsusi köklənmişdi”
28.04.2014 - 08:29
“Azərbaycan yığması bizimlə oyuna xüsusi köklənmişdi”

“Azərbaycan yığması ilə oyunumuz prinsipial alındı. Görünürdü ki, azərbaycanlılar matça xüsusi köklənmişdilər”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın 17 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Viktor Papayev deyib.


Təcrübəli mütəxəssis Novosibirsk şəhərində keçirilən “Avrasiya” turnirinin 3-cü turunun Azərbaycanla oyunu haqda fikirlərini açıqlayıb: “İlk yarıda daha çox mübarizə var idi. Lakin fasilədən sonra bacardığımızı ortaya qoymağı bacardıq. Bu qarşılaşma bizim üçün çox faydalı oldu”.

 

Qeyd edək ki, millimiz Rusiya ilə oyunda 0:2 hesabı ilə uduzub.