“Azərbaycan yığmasında vurduğum qollar məni ruhlandırdı”
23.11.2015 - 09:42
“Azərbaycan yığmasında vurduğum qollar məni ruhlandırdı”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Kərəm Benke Almaniya çempionatında dubl müəllifi olub. Apasport.az saytının məlumatına görə, Regionalliqada çıxış edən “Neustrelits” klubunda çıxış edən 21 yaşlı hücumçu “Budissa Bautzen”lə qarşılaşmada komandasının 2:1 hesablı qələbəsində 2 qolla pay sahibi olub.

 

Ötən həftə iki dubla imza atan hücumçu noyabrın 17-də Azərbaycan millisinin heyətində AVRO-2017-nin Rusiya ilə görüşündə (3:0) də 2 qol vurmuşdu. Benke uğurlu oyunu ilə Almaniya mətbuatının da diqqətini cəlb edib. Milliləşən hücumçumuz vətənində verdiyi açıqlamada məhsuldarlığının səbəbini izah edib: “Azərbaycan yığmasında vurduğum 2 qol məni ruhlandırıb, əlavə impuls verdi. Ardıcıl 2 dəfə dubla imza atdığıma sevinirəm. Komandamız artıq nəyə qadir olduğunu göstərməyə başlayıb”.

 

Qeyd edək ki, Regionalliqanın Şimal-Şərq zonasında çıxış edən “Neustrelits” 16 turdan sonra 21 xalla 10-cu yerdə qərarlaşıb.