“Azərbaycana məğlubiyyətdən sonra bu qələbə çox vacib idi”
25.09.2014 - 00:28
“Dünən Azərbaycana məğlubiyyətdən sonra bu qələbə çox vacib idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yaponiya yığmasının kapitanı Saori Kimura deyib.
Təcrübəli oyunçu İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının II turunda Belçikaya 1:3 (22:25,25:22,20:25, 23:25) hesabı ilə qalib gəlmələrinə şərh verib: “Bu zəfər qarşıdakı oyunlara da müsbət təsir edəcək. Digər oyunlara da diqqət ayırmalıyıq. Biz komandanın döyüş ruhunu bərpa etdik”.
0
0