“Biz təcili situasiyanı dəyərləndirib, bu məğlubiyyətin səbəblərini məşqçilər heyəti ilə aydınlaşdırmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya Futbol Federasiyasının İdman Direktoru Nikolay Pisarev deyib.
Rusiya U-21 komandasının azərbaycanlı həmyaşıdlarına 0:3 hesablı məğlubiyyətindən sonra “Sovetski Sport” nəşrinə müsahibə verən rusiyalı funksioner bu məğlubiyyətin qəbuledilməz olduğunu bildirib: “İstənilən heyətlə Azərbaycana qarşı belə məğlubiyyəti gözləmirdim. Düzdü, əvvəldən bilinirdi ki, heyətin çox hissəsi daha gənc futbolçulardan ibarətdi. Baş məşqçimizin davam edən müqaviləsi var, onunla ayrılmaq fikirmiz yoxdu, ancaq təcili məşqçilər komitəsi toplanmalıdı və bütün yaş qrupları üzrə yığmaların eyni sistemlə məşq etməsi və oynaması üçün müzakirələr aparılmalıdı”.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI