[b]“Azərbaycana səfər bizə problemlər yaradacaq”[/b]
24.06.2014 - 11:40
[b]“Azərbaycana səfər bizə problemlər yaradacaq”[/b]

“Püşkatmadan sonra dərhal 1-2 futbolçumuzla hər iki komanda haqqında danışdıq. Hər iki rəqib yaxşı komandadır. “Şiroki Briyeq”i daha yaxşı tanıyıram. Çünki futbolçumuz Jasmin Sak məhz Bosniya və Herseqovinadandır”. Apasport.az xəbər verir ki, bu sözləri Çexiyanın “Mlada Boleslav” klubunun baş məşqçisi Karel Yarolim deyib.

 

Avropa  Liqasının II təsnifat mərhələsində “Qəbələ” – “Şirkoki Briyeq” cütünün qalibi ilə oynayacaq çexiyalıların çalışdırıcısı Azərbaycan klubu haqqında da fikirlərini bildirib. O, ölkəmizə iki dəfə səfər etməsindən danışıb: “Mən Azərbaycanda iki dəfə olmuşam. “Slaviya” ilə “Şəmkir” və “Karvan”a qarşı çıxış etmişik. Bizim üçün fərqli iqlimə malik ölkədir. İndi bu ölkə haqqında çox məlumata sahib olmasam da, çalışacağıq ki, informasiya toplayaq. Azərbaycanda oynamış tanıdığım futbolçular var. Məsələn İvo Taborski son mövsümü Bakının “İnter” klubunda keçirib. Onunla əlaqə saxlamaq olar”.

 

 

Yarolim daha çox “Şiroki Briyeq”lə qarşılaşmaq istədiklərini də gizlətməyib: “Hazırda daha çox “Şiroki Briyeq”lə qarşılaşmaq istərdim. Çünki bizim üçün daha münasib ölkədir. Azərbaycana səfər bizə bəzi problemlər yaradacaq. Amma rəqib baxımında isə heç bir komandadan qorxmuram. Hər iki rəqib bizim üçün eynidir. Sadəcə, “Şiroki Briyeq”in “Qəbələ”dən daha güclü komanda olduğunu düşünürəm”.

 

“Mlada Boleslav” klubunun prezidenti Yosef Dufek də daha çox “Şiroki Briyeq”lə qarşılaşmaq istədiklərini bildirib: “Bizim üçün ən uyğun ölkə Bosniya və Herseqovinadır. Azərbaycan haqqında mənim məlumatım azdır. Həm də futbolçumuz Jasmin Sak bizə “Şiroki Briyeq”i təhlil etmək də kömək edəcək. Amma Azərbaycan klubu “Qəbələ”ni yaxşı analiz etməyimiz çətin olacaq”.