“Azərbaycandan təklifi indi yox, əvvəllər almışdım”
17.04.2014 - 17:26
“Azərbaycandan təklifi indi yox, əvvəllər almışdım”

“Mən Azərbaycandan təklifi indi yox, əvvəllər almışdım”. Bunu apasport.az saytına Türkiyənin “Qazientep BB” klubunun və Lixtenşteyn millisinin müdafiəçisi Olcay Gür deyib.

 

Azərbaycan klublarından təklif alması haqda yayılan xəbərlərə münasibət bildirən Gür deyib ki, bu söhbət çoxdan olub və indi aktual deyil: “Hazırda öz komandamı düşünürəm. “Qazientep BB”də oynamaq barədə fikirləşirəm. Amma əvvəllər ölkənizdən belə təklif olub”.