“Azərbaycanı məğlub edə bilməmək ədalətsizlik olar”
16.09.2014 - 20:10
“Azərbaycanı məğlub edə bilməmək ədalətsizlik olar”

Xorvatiya millisinin sabiq baş məşqçisi Zlatko Krançar AVRo-2016-nın seçmə mərhələ oyunları ilə bağlı açıqlama verib. Apaspot.az saytının məlumatına görə, mütəxəssis Azərbaycan millisini məğlub edə bilməməyin ədalətsizlik olduğunu deyib.

 

O bildirib ki, qarşılaşmalara ciddi hazırlaşmaq lazımdı: "Qarşıda İtaliya və Bolqarıstanla təhlükəki oyunlar var. Həmçinin Azərbaycanı məğlub edə bilməmək ədalətsizlik olar. Mmillimiz ətrafında pis ab-hava var. Amma bu məsələni həll etmək tək Niko Kovaçın işi deyil. Bu daha çox federasiya prezidenti Davor Şukerin işidi. Oyunlara ciddi hazırlaşmaq lazımdı".

 

Qeyd edək ki, H qrupunda yer alan Azərbaycan millisinin digər rəqibləri İtaliya, Malta, Norveç və Bolqarıstandı.