“Azərbaycanın 5-6 klubu İspaniyada oynaya bilər”
07.05.2014 - 09:07
“Azərbaycanın 5-6 klubu İspaniyada oynaya bilər”

“Azərbaycan, Rumıniya və İspaniya liqaları bir-birindən çox fərqlənir. İspaniya çempionatı həm texniki, həm də taktiki cəhətdən çox güclüdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın ispaniyalı futbolçusu Alvaro Silva deyib.

 

İspaniya mətbuatına geniş müsahibə verən müdafiəçi Azərbaycan futbolu haqda fikirlərini də açıqlayıb: “Azərbaycanda yaxşı legionerlər var. Lakin onlar karyeralarını İspaniya klublarında davam etdirəcək gücdə deyillər. Azərbaycanda Mario Alvarez, Ruben Qonzales kimi İspaniya Primerasında oynamış yaxşı futbolçular da var. Lakin legioner limitinin olması ümumi səviyyəni aşağı salır. Çünki hər komanda 4 yerli futbolçu oynatmağa məcburdur. Düşünürəm ki, Azərbaycanın 5-6 klubu İspaniya çempionatının II liqasında – Sequndada oynaya bilər. Andaluziya klublarında oynamağa həmişə şadam. Amma hələ vətənə qayıtmaq istəmirəm. Daha 3-4 il xarici klublarda çıxış etmək, başqa çempionatlarla, fərqli mədəniyyətlərlə tanış olmaq fikrindəyəm”.

 

Qeyd edək ki, 2013-cü ilin yanvarında transfer olunan Alvaronun “Xəzər Lənkəran”la müqaviləsi cari mövsümün sonunda başa çatır.