“Azərbaycanla oyun hansı formada olduğumuzu görməyimizə xidmət edir”
05.06.2015 - 08:09
“Azərbaycanla oyun hansı formada olduğumuzu görməyimizə xidmət edir”

“Azərbaycanla oyunda rəqib komandanın texniki zonasında Robeert Prosineçki əyləşəcək. O, məni “Srvena Zvezda”ya gətirən adamdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiya millisinin futbolçusu Nikola Maksimoviç deyib.

 

İtaliyanın “Torino” klubunun 24 yaşlı mərkəz müdafiəçisi iyunun 7-də Azərbaycan millisi ilə Avstriyada keçiriləcək yoxlama oyunu və 6 gün sonraya təsadüf edəcək Danimarka ilə AVRO-2016-nın seçmə matçı haqda fikirlərini açıqlayıb: “Həm də o, zəngin karyerası ərzində çox şey öyrənib. Azərbaycanla matç bizim üçün hansı formada olduğumuzu görməyimizə xidmət edir. Biz indi hansı vəziyyətdə olduğumuzu bilirik. Danimarka ilə Kopenhagendəki görüşdə nə etməli olduğumuzu da başa düşürük. Fikrimcə, şimallılarla qarşılaşmada soyuq başla oynamaqdı”.

 

Qeyd edək ki, 2012-13-cü illərdə “Srvena Zvezda”da çıxış edən Nikola “Sloboda” klubundan məhz Prosineçkinin Belqrad təmsilçisini çalışdırdığı vaxt transfer olunub.