Topaz Premyer Liqasının XXXIIII turunun “Bakı” – “Qarabağ” oyununun heyətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçilər oyunda güvənə biləcəkləri 18 futbolçunun adını matçın protokoluna daxil edib.
Rəşad Sadıqovun yoxluğunda “Qarabağ”ı meydana kapitan kimi albaniyalı Admir Teli çıxarıb. Komandanın aparıcı üzvlərindən olan Lerpy Corc da ehtiyatda qalıb. “Bakı”da isə Əfran İsmayılov və Rauf Əliyev qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayacaq.
“Bakı”: 1. Aqil Məmmədov (k), 2. Deyvidas Çesnauskis, 3. Yure Travner, 4. Mario Alvarez, 16. Xavyer Junior, 17. Risto Ristoviç, 21. Elvin Məmmədov, 23. Lukas Mario Horvat, 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev, 34. Şəhriyar Əliyev
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov, 10. Aleksandar Soliç, 11. Rauf Əliyev, 22. Namiq Hüseynov, 27. Elton Hüseynov
Baş məşqçi: Milinko Pantiç
“Qarabağ”: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Marinaldo Silva
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 19. Jaba Dvali, 41. Leroy Corc, 99. Nikolas Gelaşvili
Baş məşqçi: Qurban Qurbanov
“Bakı” – “Qarabağ”: Start heyətləri açıqlandı
02.05.2014 - 13:20
0
0