Bu gün “Bakı” növbəti mövsümün hazırlıqlarına başlayacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, əvvəlcə komandanın Futbol Akademiyasının yetirmələri tibbi testdən keçəcək. Yekun nəticələri toplayacaq fiziki hazırlıq üzrə məşqçi David Ulloa testin göstəricilərini baş məşqçi Milinko Pantiçə təqdim edəcək.
İyunun 28-də isə komanda tam tərkiblə bir araya gələrək, növbəti mövsümün hazırlığına start verəcək. 2 gün sonra “Bakı” hazırlığın əsas mərhələsini keçmək üçün Avstriyaya yola düşəcək.
Qeyd edək ki, komanda iyunun 25-də bir araya gələcəyi planlanırdı. Ancaq dünya çempionatı və avrokubok oyunları ilə əlaqədar Premyer Liqanın startı avqustun 2-nə yox, 9-na təsadüf etdiyindən “Bakı” hazırlığa bir qədər gec start verib.
“Bakı” “yuxudan” ayıldı
24.06.2014 - 08:09
0
0