Maddi problemlə üzləşən “Bakı” klubunun futbolçularının uzunmüddətli maaş həsrəti başa çatır. Apasport.az saytının məlumatına görə, “zolaqlılar“məvaciblərinin bir hissəsini sabah AFFA-dan biləcəklər.
Bununla bağlı əməkdaşımıza açıqlama verən qurumun baş katibi Elxan Məmmədov bildirib ki, "Bakı"nın mövcud durumunu stabilləşdirməkdən ötrü AFFA rəhbərliyi klubun Topaz Premyer Liqasında iştirakı üçün verilən maliyyə zəmanətini aktivləşdirib: "Buna görə də, futbolçulara fevralın əməkhaqqısının verilməsi üçün vəsait əldə olunub. Futbolçular məvaciblərini sabah saat 15:00-dan başlayaraq klub rəsmilərinin iştirakı ilə AFFA-nın inzibati binasından ala biləcəklər”.
Qeyd edək ki, fevralın 7-də keçirilən "Qarabağ" - "Bakı" oyunundan əvvəl qonaq komandanın üzvləri ilə görüşən Elxan Məmmədov klubun üzləşdiyi problemlərin hissə-hissə həllində AFFA-nın dəstək olacağını bildirmişdi.