“Düzdü, Milinko Pantiç “İnter”lə oyundan sonra klub prezidenti Hafiz Məmmədovla görüşüb. Hafiz müəllim onunla yeni müqavilənin bağlanması haqqında fikrində qaldığını bildirib”. Bunu apasport.az saytına “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov deyib.
Mövsümün sonunda nəticədən asılı olmayaraq, “Bakı” müqaviləsi mayda başa çatacaq Milinko Pantiçlə yeni anlaşmaya imza atacaq. Bu, 3 illik müddəti əhatə edəcək. Elə Seyidov da bunu təsdiqlədi: “Yeni müqavilənin müddəti 3 illik olacaq. Məhz Pantiç Sumqayıtda belə bir açıqlamanı ona görə verib ki, yəni Hafiz müəllim yeni müqavilənin müddəti ilə bağlı onunla razılığa gəlib. Yəni, yazdıqlarınız həqiqəti əks etdirir”.
Daha bir maraqlı məqam isə Pantiçin aylıq maaşının üzə çıxmasıdır. Əldə etdiyimiz məlumata görə, serbiyalı çalışdırıcı yüksək maaş alır: “Pantiçin ayına 40 min dollar alması həqiqətəuyğun deyil. Onun maaşı bundan qat-qat aşağıdır. O, Azərbaycanda işləyən məşqçilər qədər pul almır. Milinko təxminən “Rəvan”ın baş məşqçisi Güvənç Kurtar və “Sumqayıt”ın çalışdırıcısı Aqil Məmmədovla təxminən eyni səviyyədə maaş alır. Nəinki Kurtar, digər azərbaycanlı məşqçilərin aldığı səviyyədə maaşdan söhbət gedir. Bunu dəqiq bilirəm. Onun yüksək məvacibi əks etdirən müqaviləsi yoxdur”.
Səbuhi TOFİQOĞLU