“Bakı”da 2 zədəli var
26.04.2014 - 14:23
“Bakı”da 2 zədəli var

Sabah “Bakı” Topaz Premyer Liqasının XXXII turu çərçivəsində səfərdə “Sumqayıt”la qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu gün “zolaqlılar” oyunöncəsi son məşqini keçirib.

Şən əhval-ruhiyyədə keçən hazırlıq prosesində zədəli olan Cavid Hüseynov və ispaniyalı Ruben Qonsales iştirak etməyib. Rauf Əliyev və Namiq Ələsgərov isə fərdi proqram əsasında çalışıb.