“Bakı”dakı problemi hamı bilirsə...”
02.05.2014 - 08:58
“Bakı”dakı problemi hamı bilirsə...”

“Komandamız uğursuz çıxış edir. Bunu bilirik və hazırkı durumdan narazıyıq”. Bunu apasport.az saytına açıqlamasında “Bakı”nın yarımmüdafiəçisi Risto Ristoviç deyib.

 

Serbiyalı legioner komandasının problemlə üzləşdiyini bildirib: “Vəziyyətimiz hazırda pisdir. Avrokuboklara düşmək ehtimalımız çox azdır. Amma çalışacağıq ki, bunu unutduraq. Komandadakı problemlərə gəlincə, bunu hər kəs bilirsə, bu barədə danışmaq lazım deyil. Hər şeyi baş məşqçi Milinko Pantiçdən soruşun. O, problemləri daha ətraflı bilir. “Qarabağ”a qalib gəlməklə, hər şeyi unutdurmaq istəyirik. Ümid edirik ki, bu belə olacaq”.