“Bakı”ın sabiq futbolçusu “Qarabağ”a keçir?
26.03.2014 - 13:56
“Bakı”ın sabiq futbolçusu “Qarabağ”a keçir?
Zədə səbəbi ilə mövsüm başa çatmadan “Rəvan”ı tərk edən Aqil Nəbiyev başqa bir klubun düşərgəsində peyda olub. Apasport.az saytının məlumatına görə, millimizin sabiq üzvü “Qarabağ”la birgə məşq edir.

Ötən yay Milinko Pantiçin “Bakı”nın baş məşqçisi təyin olunmasından sonra icarə əsasında “Rəvan”a keçən, lakin burada davamlı zədələndiyi və süni örtüklü meydançada məşq etmək istəmədiyi üçün “aslanlar”la erkən vidalaşan Nəbiyev hazırda azad agent statusu daşıyır. Düzdür, Aqilin “Bakı” ilə müqaviləsini müddəti iyun ayında başa çatır. Lakin tərəflər mövsümün sonunu gözləmədən sözləşməyə xitam veriblər.

Nəbiyevin karyerasını hansı klubda davam etdirəcəyi hələ dəqiqləşməyib. Müdafiə xəttində alternativ oyunçuya ehtiyacı olan “Qarabağ”ın futbolçunu rənglərinə bağlayacağı istisna edilmir.
 
0