“Bakı”nın 4 futbolçusu ABŞ-a gedəcək
01.05.2014 - 12:57
Azərbaycan millisinə dəvət olunan “Bakı” futbolçularının adı bəlli olub. Apasport.az saytının məlumatına görə, mayın 27-də San-Fransiskoda ABŞ yığması ilə keçiriləcək yoldaşlıq oyununa paytaxtın eyniadlı təmsilçisinin 4 üzvü dəvət alıb.
Bunlar qapıçı Aqil Məmmədov, həmçinin sahə oyunçuları Şəhriyar Əliyev, Cavid Hüseynov və Rauf Əliyevdir. Onlar ABŞ-da baş tutacaq hazırlıqlarda və yoxlama oyununda iştirak edəcək.
0
0