Hollandiya toplanışının ardından paytaxtda bir araya gələn “Qəbələ” “Bakı”nın təlim-məşq bazasında növbəti mövsümün hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, əyalət komandası Premyer Liqanın startı öncəsi bir sınaq oyununda da qüvvəsini sınayacaq.
Sabah keçirilməsi planlaşdırılan qarşılaşmada “qırmızı-qaralar” I divizion təmsilçisi "Qaradağ-Lökbatan"la üz-üzə gələcək. Matç “Bakı”nın təlim-məşq bazasında saat 18:00-da start götürəcək.
“Qəbələ” Bakıda son məşqinə bu gün saat 19:00-da çıxacaq. “Qırmızı-qaralar” avqustun 3-ü Qəbələyə yollanacaqlar.