“Bakıya final mərhələsinə vəsiqə üçün gedəcəyik”
20.02.2015 - 14:33
“Bakıya final mərhələsinə vəsiqə üçün gedəcəyik”

“Milli komandadan həmişə təklif gözləmişəm. Bakıda keçiriləcək elit-raundun matçlarında da yığmamıza kömək edəcəyimi düşünürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın U-17 yığmasının futbolçusu Aleksandar Sranisavlyeviç deyib.

 

Rusiya MOİK-ində çıxış edən gənc istedad Avropa çempionatının elit-raundunun Bakıda keçiriləcək qrup oyunları ilə bağlı iddialı danışıb. O bildirib ki, Serbiya millisi ölkəmizə uğur qazanmaq üçün gələcək: “Bakıda bizi Azərbaycan, Xorvatiya və Portuqaliya ilə çətin oyunlar gözləsə də, bizim iddialarımız var. Hazırda komandamızın heyətində çox yaxşı futbolçular var. Bu heyətlə Avropa çempionatının final mərhələsinə yüksələ bilərik. Məqsədimiz də məhz budur və Bakıya final mərhələsinə vəsiqə üçün gedəcəyik”.

 

Qeyd edək ki, Azərbaycanda keçiriləcək elit-raundun II qrupunun oyunları martın 17-22-də baş tutacaq.