[b]“Bakıya qələbə üçün gəlmişik”[/b]
24.07.2014 - 14:23
[b]“Bakıya qələbə üçün gəlmişik”[/b]

“Komandamızda yaxşı atmosfer var. Oyuna ciddi hazırlaşmışıq”. Apasport.az xəbər verir ki, bu sözləri “Elfsborq”un hücumçusu Viktor Prodell deyib.

 

Bu gün Avroliqanın II təsnifat mərhələsində “İnter”lə qarşılaşacaq isveçlilərin futbolçusu nəticə qazanacaqlarına inandığını bildirib: “Biz hazırda yaxşı günlərimizi yaşamırıq. Gah yaxşı, gah da pis oynayırıq. Amma “İnter”lə oyuna var gücümüzlə hazırlaşdıq. Bakıya qələbə üçün gəlmişik. Növbəti mərhələyə keçmək üçün şansımız və ümidimiz var. Rəqibin İsveçdə qələbə qazanması işimizi çətinləşdirir. Amma mümkünsüz heç nə yoxdur”.

 

Prodell Bakıda havanın isti olmasından danışıb: “Burada hava çox istidir. Biz buna öyrəşməmişik. Amma axşam normal idi. Dünən məşqdən sonra özümüz rahat hiss etdim. Məncə, oyun axşam saatlarında başlayacağı üçün bir problem olmayacaq. Meydanın süni olması bizə çətinlik yaratmaz. Biz bu gün hər şeydən çox qələbəni düşünməliyik. Digər məsələləri kənara qoymalıyıq”.