İngiltərədə fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Baku United” UEFA Futzal Kubokunun əsas mərhələsi çərçivəsinə hazırlıqlarını davam etdirir. Apasport.az saytının xəbərinə görə, İngiltərədə son üç mövsümün çempionu olan “bakılılar” adı çəkilən ölkəni Avropada təmsil edəcək.
“Baku United” elit raunduna çıxmaq uğrunda F qrupunda Xorvatiyanın “Nasional”, Macarıstanın “Gyor” və Belarusun “Lida” klubları ilə mübarizə aparacaq. Sentyabrın 29-da start götürəcək oyunlar Macarıstanda keçiriləcək.
Hazırda “Baku United” yenidən təşkili mərhələsini yaşayır. Belə ki, əsas resurslar uşaq və gənclər komandalarının inkişafına yönəldilib. Buna baxmayaraq, “Baku United” yenə də iddiasını saxlamaqdadı.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı