“Barselona” 17 yaşlı xorvatı sıralarına qatdı
28.03.2014 - 07:13
“Barselona” 17 yaşlı xorvatı sıralarına qatdı

 

 

“Barselona” futbol klubu Xorvatiya millisinin 17 yaşlı yarımmüdafiəçisi Alen Xəliloviç uğrunda mübarizədən qalib ayrılıb. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu gənc futbolçu ilə 5 illik müqavilə imzalayıb.

 

Xəliloviçə görə Zaqreb “Dinamo”suna 2,2 milyon avro ödəniləcək. Amma 17 yaşlı futbolçu əsas komandaya düşmək yolunda müəyyən uğurlara imza atdıqca, bu məbləğ də artacaq.

 

Xəliloviç hisslərini ifadə etməyə söz tapmadığını bildirib: “Mən uşaqlıqdan “Barselona”nı sevmişəm. İndi bu komandanın heyətində oynamaq mənim üçün şərəfdir. Amma əvvəlcə “Dinamo” ilə qızıl dubla imza atmaq və sonra yeni komandama diqqət etməyi düşünürəm”.

 

“Balkan Messisi” adlandırılan Xəliloviç Xorvatiya millisinin tarixində ən gənc futbolçudur. “Barselona”dan əlavə futbolçu ilə “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem” və “Real Madrid” də maraqlanırdı.