“Barselona” “Arsenal”ın müdafiəçisini aldı
09.08.2014 - 02:21
“Barselona” klubu “Arsenal”ın müdafiəçisi Tomas Vermaleni alıb. Apasport.az saytının məlumatına görə, kataloniyalılar futbolçunun keçidinə 15 milyon funt (təxminən 19 milyon avro) sərf ediblər.
Qeyd edək ki, buna qədər bəzi mətbuat orqanları Vermalenin “Mançester Yunayted”ə keçəcəyini iddia edirdilər. Amma “Barselona” “MY”nu qabaqlaya bilib.
Tomas Vermalen Braziliyada keçirilən dünya çempionatı zamanı Rusiyaya qarşı oyunda Belçika millisinin start heyətində meydana çıxıb. Amma ilk oyunundaca zədələnərək meydanı tərk edib və digər oyunları buraxmalı olub.
0
0