Çempionlar Liqasının finalçıları “Barselona” və “Yuventus”un veteran futbolçuları arasında keçiriləcək matçda Luiş Fiqu iştirak etməyəcək. Apasport.az saytı xəbər verir ki, Portuqaliya yığmasının sabiq üzvünün adı “Barselona”nın veteran oyunçularından ibarət heyətinə salınsa da, sonradan çıxarılıb.
Buna səbəb “Barsa” azarkeşlərinin Fiqunu sabahkı oyunda görmək istəməməsidi. Elə bu səbəbdən keçmiş yarımmüdafiəçinin adı siyahıdan xaric edilib.
“Barselona” azarkeşlərinin Fiquya bu cür münasibət bəsləməsi heç də əbəs deyil. 1995-2000-ci illərdə Kataloniya klubunun formasını geyinmiş portuqaliyalı daha sonra “Barsa”nın əzəli rəqibi olan Madrid “Real”ına keçmişdi. Həmin vaxtdan kataloniyalı futbolsevərlər Fiquya nifrət hissi bəsləyirlər.