Bakıda keçiriləcək futzal üzrə UEFA Kubokunun final mərhələsində mübarizə aparacaq komandaların mətbuat üçün açıq məşqlərinin siyahısı açıqlanıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, açıq məşqlər bugündən start götürəcək.
Bu gün Qazaxıstan çempionu “Kayrat” istisna olmaqla, digər 3 komanda oyunların keçiriləcəyi “Sərhədçi” İdman Olimpiya Mərkəzində açıq məşqə çıxacaq. Sözügedən hazırlıqların siyahısını diqqətinizə çatdırırıq:
22 aprel
18:00. “Dinamo”
19:00. “Barselona”
21:00. “Araz”
23 aprel
12:00. “Barselona”
18:00. “Dinamo”
19:00. “Kayrat”
21:00. “Araz”
25 aprel
12:00. “Dinamo”
17:00. “Kayrat”
18:00. “Barselona”
19:00. “Araz”
Qeyd edək ki, məşqlərin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.