“Barselona” Boatenqi almaq istəyir
05.08.2014 - 04:29
“Barselona” Boatenqi almaq istəyir

 

“Bavariya” klubunun müdafiəçisi Cerom Boatenq tezliklə “Barselona”nın futbolçusu ola bilər. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu bir qədər əvvəl “Valensiya”nın müdafiəçisi Jeremi Matyeni alsa da, müdafiəni ciddi şəkildə gücləndirmək niyyətindədir və bu sahədə işi davam etdirir.

 

Boatenqin transferi 39 milyon avro dəyərindədir. “Bavariya” və “Barselona” arasında danışıqlar artıq bu gün başlaya bilər. Kataloniya klubunu danışıqlarda idman direktoru Andoni Subisaretta təmsil edəcək.

 

“Barselona” Boatenqdən əlavə “Arsenal”dan Tomas Vermalen, “Ayaks”dan Deyli Blind  və “Tottenhem”dən Yan Vertonqenlə maraqlanır.