Sesk Fabreqas “Barselona”nı tərk etdiyi halda, klub onu əvəz edəcək namizədin tapılmasında çətinlik çəkməyəcək. Apasport.az saytının məlumatına görə, bu halda Kataloniya klubunun hədəfi “Atletiko”nun tərkibində İspaniya çempionu olan Koke və ya “Sevilya” ilə bir yerdə Avropa Liqasında qalib gələn İvan Rakitiç olacaq.
Hər iki futbolçunun namizədliyi komandanın yeni baş məşqçisi Luis Enrike tərəfindən bəyənilib. Mənbənin bildirdiyinə görə, kataloniyalıların əsas hədəfi olan Kokenin transferinin reallaşmasına 22 yaşlı futbolçunun 60 milyon avroluq yüksək qiyməti mane ola bilər. Öz növbəsində Rakitiç “Barsa”ya 40 milyon avroya başa gələcək. Fabreqasın özünün də elə təxminən bu məbləğə satılacağı gözlənilir.