“Barselona” prezidenti: Suaresə dişləmək qadağan olunmayıb
07.08.2014 - 05:25
“Barselona” prezidenti: Suaresə dişləmək qadağan olunmayıb

 

“Barselona” futbol klubunun prezidenti Xosep Mariya Bartomeu Luis Suaresə kimisə dişləməsinə qadağa qoyduqları barədə iddialara aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Bartomeu futbolçunun müqaviləsində bununla bağlı heç bir bənd olmadığını qeyd edib.

 

“Barselona” prezidenti hətta belə bir bənd olsaydı belə, bunun barəsində danışmayacaqlarını vurğulayıb: “Amma belə bir bənd yoxdur. Suaresin hərəkəti bizim onunla müqavilə imzalamaq istəyimizə təsir göstərməyib. Luis səhvini başa düşüb və üzr istəyib. Bu da bizim üçün vacibdir və kifayətdir”.