“Barselona” futbol klubunun vitse-prezidenti Karles Villarubi Neymarın alınmasının kluba baha başa gəldiyini etiraf edib. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu braziliyalı hücumçu üçün 57 milyon avro ödəyib.
Qeyd edək ki, Neymar uğrunda “Barselona” ilə “Real Madrid” də mübarizə aparırdı. Amma nəticədə yarışdan məhz Kataloniya klubu qalib ayrıldı. Villarubi etiraf edib ki, belə böyü miqyaslı transfer həyata keçirməyə hazır olmayıblar və bu da onların büdcəsinə təsir edib: “Biz Neymarla ilkin razılaşma imzalamışdıq və razılaşma 2014/2015-ci illər mövsümündən qüvvəyə minirdi. Biz transferə planlı şəkildə hazırlaşırdıq. Amma prosesə başqa klubun müdaxiləsi hadisələri tezləşdirməyə məcbur etdi. Bu isə bizim büdcəmizə ciddi zərbə oldu. Biz kasıblamadıq. Amma maliyyə stabilliyimiz bir qədər silkələndi”.