“Barselona” Sançesi “Arsenal”a satmağa razılaşdı
06.07.2014 - 20:46
“Barselona” klubu hücumçu Aleksis Sançesi London “Arsenal”ına 40 milyon avroya satmağa razılaşıb. Apasport.az saytının məlumatına görə, yaxın 48 saat ərzində danışıqların növbəti mərhələsi keçiriləcək və əlavə detallar müzakirə olunacaq.
Sançesi “Liverpul”, “Mançester Yunayted” və “Yuventus” da almaq istəyir. Amma hər şeydən görünür ki, Çili yığmasının hücumçusu karyerasını “Arsenal”da davam etdirəcək.
Sançes dünya çempionatında keçirdiyi 4 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Çili yığması 1/8 finalda Braziliyaya uduzaraq turniri tərk edib.
0
0