“Barselona” Suaresi geri qaytarmaq istəyir
25.12.2015 - 20:20
“Barselona” Suaresi geri qaytarmaq istəyir

“Barselona” yarımmüdafiəçi Denis Suaresi geri qaytarmaq istəyir. Apasport.az saytının “AS” nəşrinə istinadən məlumatına görə,  ötən mövsüm “Sevilya”dan icarədən qayıtdıqdan sonra “Vilyareal”a gedən futbolçu yenidən Luis Enrikenin marağını cəlb edib.

 

Əldə olunan razılığa əsasən, 2016-cı ilin yayında katalonlar 3 milyon avro ödəyərək onu heyətlərinə cəlb edə bilərlər. Ancaq son çempion keçidi qış fasiləsində həyata keçirmək istəyir. Belə olan halda isə iki klub arasında danışıqlar bazar qiymətləri üzərindən aparılacaq.