“Barselona” Suareslə danışıqlar aparır
20.06.2014 - 19:42
“Barselona” futbol klubu Uruqvay millisinin və “Liverpul”un hücumçusu Luis Suaresi almaq istəyir. Apasport.az saytının məlumatına görə, tərəflər arasında intensiv danışıqlar gedir.
Suaresin “Liverpul”la 2018-ci ilə qədər müqaviləsi var. Onu almaq istəyən klub 85 milyon avro ödəməlidir. Amma futbolçunun müqaviləsində yazılıb ki, “Barselona” və “Real Madrid” üçün bu məbləğ 65 milyon avro təşkil edəcək.
Suares ötən mövsüm İngiltərə çempionatında keçirdiyi 33 oyunda 31 qol vurub. O, Premyer-Liqanın ən yaxşı bombardiri və ən qiymətli oyunçusu olub.
0
0