“Barselona” Vilanovanın adını əbədiləşdirir
29.04.2014 - 20:52
“Barselona” Vilanovanın adını əbədiləşdirir

 

“Barselona” futbol klubunun rəhbərliyi aprelin 25-də xərçəng xəstəliyindən vəfat edən keçmiş baş məşqçi Tito Vilanovanın adını əbədiləşdirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu gənclər komandasının yeni stadionuna Vilanovanın adını vermək qərarına gəlib.

 

Yeni arena 6 min azarkeş tutumuna malik olacaq. Tito Vilanova adına stadionda ilk matç 2016/2017-ci il mövsümündə keçirilməlidir.

 

Xatırladaq ki, Tito Vilanova 2012-ci il dekabrın 20-də xərçəng xəstəliyi ilə bağlı ilk dəfə cərrahiyyə əməliyyatına məruz qalıb. O, mövsümün sonunda səhhəti ilə bağlı “Barselona”nın baş məşqçisi postundan istefa verib.

 

Aprelin sonunda səhhəti kəskin pisləşən mütəxəssis ayın 25-də səhər tezdən təcili xəstəxanaya yerləşdirilib. Həmin günün axşamı Tito Vilanova dünyasını dəyişib.