“Barselona” Xavini buraxmağa hazırdır
18.06.2014 - 19:55
“Barselona” Xavini buraxmağa hazırdır

 

 

“Barselona” futbol klubunun rəhbərliyi komandanın veteranı Xavini saxlamağa cəhd etməyəcək. Apasport.az saytının məlumatına görə, artıq bu barədə yarımmüdafiəçinin özünə də bildirilib.

 

Eyni zamanda, “Goal.com”un məlumatına görə, hələlik son qərar qəbul olunmayıb. Xavi gələcəyini müzakirə etmək üçün komandanın yeni baş məşqçisi Luis Enrike ilə görüşməlidir.

 

Xatırladaq ki, bundan əvvəl Xavinin Qətərin “Əl-Ərəbi” klubu ilə ilkin müqavilə imzaladıbı barədə məlumat verilmişdi. Bunu Qətər komandasının baş məşqçisi Dan Petresku da təsdiq edib.