“Barselona” futbol klubunda böyük dəyişikliklər olacağı barədə xəbərlər təsdiqlənir. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyinə yaxın mənbə Kataloniya klubunun yayda 13 futbolçu ilə vidalaşmağa hazırlaşdığını bildirib.
Mənbə satılacaq oyunçuların siyahısını da təqdim edib: Havyer Maskerano, Dani Alves, Sesk Fabreqas, Aleksis Sançes, Pedro Rodriqes, Adriano Korreya, Kristian Telo, Aleks Sonq, Serxi Roberto, Xonatan dos Santos, İbrahim Afellay, Oyer Olasabal və İsaak Kuenka.
Mənbə bildirib ki, klub yaxşı təklif aldığı təqdirdə, bu fotbolçulardan hər birini satmağa hazırdır.