“Barselona”da müdafiəçi qıtlığı
28.04.2015 - 15:15
La Liqanın XXXIV turunda “Xetafe” ilə qarşılaşacaq “Barselona” oyuna itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi müdafiəçi problemi ilə üzləşib.
Belə ki, komandanın 3 arxa xətt oyunçusu bu oyunu buraxacaq. Söhbət Xerard Pike, Tomas Vermalen və Xordi Albadan gedir. Pike və Vermalen zədə səbəbindən meydana çıxmayacaqlar. Alba isə cəzalı duruma düşdüyü üçün komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Barselona” – “Xetafe” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0