“Barselona”dan “Vilyareal”ın futbolçusuna təklif
26.04.2016 - 18:50
“Barselona”dan “Vilyareal”ın futbolçusuna təklif

“Barselona” mövsümün sonunda heyətinə yeni futbolçu qatmaq niyyətindədi. Apasport.az saytı “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, kataloniyalılar “Vilyareal”ın müdafiəçisi Erik Bayi ilə yaxından maraqlanırlar.

 

“Barsa”nın idman direktoru Roberto Fernandes 22 yaşlı futbolçunun oyununu bir neçə dəfə canlı izləyib. Qarşı tərəfin bu təklifə “yox” deyəcəyi inandırıcı görünmür.

 

Qeyd edək ki, Fil Dişi Sahili yığmasının da formasını geyinən Bayi “Vilyareal”da ötən ildən çıxış edir. 

0