“Barselona”dan Dibalaya təklif
24.11.2015 - 09:33
“Yuventus”un yayda transfer etdiyi Paulo Dibala Turin klubundan ayrıla bilər. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu “Barselona” və PSJ-nin maraq dairəsinə düşüb.
Hər iki klub argentinalı forvardı gələn ilin yayında heyətinə qatmaq arzusundadı.
İtalyanlar Dibalanın transfer qiymətinin 60 milyon avro olduğunu bildiriblər.
Qeyd edək ki, “Yuventus”a “Palermo”dan keçən Dibala “qoca sinyora”nın heyətində ümumilikdə 16 oyunda 6 qola imza atıb.
0
0